Bu gün hava necə olacaq?
29 Mart 2011 Çərşənbə Axşamı 03:34
Bakıda havanın temperaturu 15 dərəcəyə, bəzi rayonlarda 20 dərəcəyədək yüksələcək
Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, səhər zəif duman olacağı ehtimalı var. Temperatur gecə 4-6°, gündüz 12-15° isti olacaq. Bakıda gecə 4-6°, gündüz 12-15° isti təşkil edəcək. Atmosfer təzyiqi 765 millimetr civə sütununa bərabər olacaq, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz olacaq.

Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 0- 5° isti, gündüz 14-19° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Temperatur gecə 0-5° isti, gündüz 8-12° isti olacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Temperatur gecə 2-7° isti, gündüz 15-20° isti təşkil edəcək.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Temperatur gecə 2-7° isti, gündüz 13-17° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti təşkil edəcək.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Temperatur gecə 3-7° , gündüz 14-18° isti təşkil edəcək.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, səhər dağlarda duman olacağı gözlənilir. Temperatur gecə 3-7° isti, gündüz 14-18° isti, dağlarda gecə 2-6° , gündüz 9-14° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz: Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim dəyişiklikləri meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar