Bu gün hava necə olacaq?
18 Mart 2011 Cümə 03:19
Gündüz havanın temperaturu 11-16 dərəcəyə çatacaq
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6, gündüz 11-16 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 1-6, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti təşkil edəcək.

Tibbi meteoroloji proqnoz
Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında mülayim hava şəraiti əksər meteohəssas insanlarda xoş əhval-ruhiyyə yaradacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar