Bu gün hava necə olacaq?
18 Fevral 2011 Cümə 03:48
Bakıda gündüz havanın temperaturu 2-6 dərəcə təşkil edəcək
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı, zəif qar yağacağı, gündüz isə dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin qərb rayonlarında əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, lakin bəzi şərq rayonlarında isə az yağıntılı olacağı, sulu qar, qar yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.

Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında rütubətli və soyuq diskomfort şəraitə baxmayaraq, daha təmiz və oksigenlə zəngin havaların üstünlüyü müsbət amil kimi qiymətləndirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar