Ölkə

Bu gün hava buludlu, yağmursuz olacaq

Bakıda arabir güclənən cənub-qərb küləyi əsəcək.

· Xəbərçi
Bu gün hava buludlu, yağmursuz olacaq
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi, səhər zəif duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6 dərəcə isti, gündüz 16-20, bəzi yerlərdə 22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözləniliur. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8 dərəcə isti, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti təşkil edəcək. ANSPRESS

Şərhlər