Bu gün fasilələrlə yağış yağacaq
27 Aprel 2011 Çərşənbə 02:43
Bakıda əsən şimal-qərb küləyi arabir güclənəcək.
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, havanın temperaturu gecə 5-8 dərəcə isti, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 6-11 dərəcə isti təşkil edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar