Bu gün Səbail Rayon Məhkəməsində gənc bloggerlər Emin Milli və Adnan Hacızadənin işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək.
Məhkəmə prosesində şahidlərin - "Livan" restoranının sahibəsi Şahzeynəb Rüstəmovanın və zərərçəkmişlərin iştirakı gözlənilir.
Emin Milli və Adnan Hacızadə iyulun 8-də "Livan" restoranında baş vermiş münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa ağır zərər vurmada ittiham olunurlar. Gənc fəallar isə ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər. ANSPRESS
Bu gün bloggerlərin məhkəməsidir
Məhkəmə prosesində şahidlərin və zərərçəkmişlərin iştirakı gözlənilir




Şərhlər