Bu gün Bakıda qısa fasilələrlə yağış yağacaq
22 Aprel 2011 Cümə 10:06
Güclü xəzri küləyi və rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq yarada bilər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, aprelin 22-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Havanın temperaturu gecə 4-7 dərəcə isti, gündüz 8-13 dərəcə isti təşkil edəcək.

Aprelin 22-də Azərbaycanın rayonlarında fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə şimşək çaxacağı gözlənilir. Güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 5-9 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz: Aprelin 22-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda iqlim normasından aşağı temperatur və rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq yarada bilər. Sonrakı iki gün ərzində meteoroloji amillərin zəif və mülayim tərəddüdləri nisbətən əlverişlidir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar