Bu gün Bakıda IX ASAİF beynəlxalq yay forumu işə başlayır
26 Avqust 2011 Cümə 10:12
Bu gün Kempinski Hotel Badamdarda IX ASAİF beynəlxalq yay forumu keçiriləcək.
APA-nın məlumatına görə, Forumda gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Misir Mərdanov, xarici işlər naziri Elmar Məmmədyarov, Prezident Aparatının şöbə müdiri Elnur Aslanov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun çıxışları, o cümlədən ASAİF-in xarici ölkələr üzrə nümayəndələrinin məruzələri, 4 fərqli mövzunu əhatə edən işçi qruplar üzrə müzakirələr planlaşdırılır. İşçi qruplarda olan təkliflər təşkilatın illik fəaliyyət planına daxil ediləcək. Forum zamanı təşkilatın strukturu təsdiqlənəcək, ölkələr üzrə nümayəndələr təyin ediləcək. Tədbirdə 40 ölkədən 250 azərbaycanlı gəncin iştirakı nəzərdə tutulub. Forumun sonunda saat 20:00-da Kempinski Hotel Badamdarda tədbir iştirakçıları üçün qapalı ziyafət təşkil olunacaq. Forumun ikinci günü iştirakçılarının Azərbaycanın dilbər guşələrindən biri olan Qəbələ rayonuna səfəri nəzərdə tutulur. Forumun rəsmi tərəfdaşları Azərbaycan Gənclər və İdman Nazirliyi və Azercell şirkətidir.
DOSTLARINLA PAYLAŞ: