Bu gün Bakıda havanın temperaturu 40 dərəcəyə çatacaq
26 İyul 2011 Çərşənbə Axşamı 06:38
Gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə: İyulun 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-26 dərəcə isti, gündüz 35-39 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında İyulun 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 22-27 dərəcə isti, gündüz 35-40 dərəcə isti, dağlarda gecə 13-18 dərəcə isti, gündüz 27-32 dərəcə isti təşkil edəcək.
Yaxın 3 gün ərzində Abşeron yarımadasında zəif sahil küləklərinin üstünlüyü fonunda kəskin isti temperatur şəraiti əksər əhali üçün, xüsusən də uşaq, yaşlı və xəstə insanlar üçün əlverişsizdir. Günün qızmar vaxtı açıq havada olmaq məsləhət görülmür. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: