Bu gün Bakıda bəzi yollar bağlı olacaq
10 May 2011 Çərşənbə Axşamı 01:04
Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə məlumatı ANS PRESS-ə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov verib. Onun sözlərinə görə, mayın 10-da saat 7.30-dan etibarən Mikayıl Müşfiq küçəsinin kəsişməsindən Parlament prospekti ilə Fəxri Xiyaban istiqamətinə bütün avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq. Azneft meydanı, Neftçilər prospekti və R.Behbudov küçəsi ilə Füzuli küçəsinin kəsişməsindən Bülbül prospekti daxil olmaqla Heydər Əliyev sarayının qarşısındakı Milli parkda Gül bayramının keçirilməsi ilə əlaqədar tədbir iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədi ilə bu istiqamətlərdə şəxsi nəqliyyat vasitələrinin parklandırılmasının mümkünsüzlüyünü nəzərə alarsaq şəxsı nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələrini xahiş edilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar