Ölkə

Bu gün Bakıda 37 dərəcəyədək isti gözlənilir

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə isti olacaq.

· Xəbərçi
Bu gün Bakıda 37 dərəcəyədək isti gözlənilir
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gündüz əsasən keçəcəyi ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27 dərəcə isti, gündüz 34-37 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 33-38 dərəcə isti, dağlarda gecə 13-18 dərəcə isti, gündüz 22-27 dərəcə isti təşkil edəcək.

Hava şəraitinin qısa icmalı: Yaxın 2 gün ərzində Abşeron yarımadasında temperatur rejiminin iqlim norması daxilində tərəddüdü, şərq küləklərinin üstünlüyü gözlənilir. anspress

Şərhlər