Bu gün Azərbaycanın Milli qəhrəmanı Vüqar Tofiq oğlu Hüseynovun doğum günüdür. Qarabağ Azadlıq Təşkilatının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, o, 1969-cu il iyunun 20-də Cəbrayıl rayonu Daşkəsən kəndində anadan olub. 1990-cı ildə Xüsusi Təyinatlı Milis (polis) Dəstəsinə daxil olub, Xocalı, Goranboy, Çaykənd istiqamətlərində rəşadətlə vuruşub. 1991-ci il iyulun 20-də Goranboy rayonunun Buzluq kəndi uğrunda gedən döyüşdə düşmənin üstün qüvvələrinin dəf edilməsində xüsusi fədakarlıq göstərib və qəhrəmanlıqla həlak olub.
Qeyd edək ki, Milli qəhrəmanın doğulduğu Daşkəsən kəndində dəfn edilib. Oxuduğu orta məktəb onun adını daşıyır. ANSPRESS
Bu gün Azərbaycanın Milli qəhrəmanı Vüqar Hüseynovun ad günüdür
Qəhrəmanlar unudulmur!.




Şərhlər