Bu gün Azərbaycanda televiziyanın yaranma günüdür
14 Fevral 2010 Bazar 18:15
1956-cı ilin fevralın 14-də Bakı Televiziya Studiyası ilk dəfə efirə çıxıb
Bu gün Azərbaycanda televiziyanın yaranma günüdür. 1956-cı ilin fevralın 14-də Bakı Televiziya Studiyası ilk dəfə efirə çıxıb. Müasir AzTV bu studiyanın varisi sayılır.

AzTV 54 illik tarixi olan Azərbaycan tele-efir məkanının, televiziya mütəxəssislərinin formalaşmasında mühüm rol oynayıb. İndi Azərbaycanın efir məkanında AzTV-dən başqa bir neçə özəl televiziya kanalı, İctimai Televiziya, eləcə də 10-dan artıq regional televiziya fəaliyyət göstərir.

Qeyd edək ki, ANS televiziyası bu gün axşam saat 22.00-da Namiq Hüseynovun təqdimatında tamaşaçılarına “Dövlət güzgüsü” adlı sənədli filmi təqdim edəcək. Film Azərbaycan televiziyasının keçdiyi inkişaf yoluna həsr olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar