Bu gün Azərbaycanda Milli Qurtuluş Günüdür
15 İyun 2009 Bazar Ertəsi 11:00
Bu gün Azərbaycanda Milli Qurtuluş Günüdür. APA-nın məlumatına görə, 15 iyun tarixi Heydər Əliyevin Azərbaycan parlamentinə sədr seçildiyi gündür.
16 il əvvəl Surət Hüseynovun rəhbərlik etdiyi hərbi hissə iyunun 4-də Gəncədə qiyam qaldırdıqdan və Milli Məclisin sədri İsa Qəmbərin, baş nazir Pənah Hüseynin istefasını tələb etdikdən sonra ölkədə anarxiya yaranıb. Polkovnik Surət Hüseynovun hərbi hissəsi Gəncədə nəzarəti tam ələ keçirdikdən sonra paytaxta doğru üz tutub. Vəziyyətdən çıxmaq üçün o zamankı AXC-Müsavat iqtidarı Heydər Əliyevi Bakıya dəvət etməli olub. Bu çağırışa cavab olaraq Heydər Əliyev iyunun 9-da Bakıya qayıdıb və Surət Hüseynovla danışıqlar aparmaq üçün dərhal Gəncəyə yola düşüb. İyunun 15-də isə o, parlamentin sədri seçilib. Xalq səsverməsi ilə prezident Əbülfəz Elçibəyə etimadsızlıq göstərildikdən sonra Heydər Əliyev ölkə prezidenti seçilib. Qısa müddətdə Heydər Əliyev qiyamı yatırıb, Ermənistanla atəşkəs müqaviləsi imzalamağa nail olub. 1997-ci ildən parlamentin qəbul etdiyi qərarla 15 iyun tarixi Milli Qurtuluş Günü kimi qeyd olunur.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar