Bu gün axşam yenə güclü külək gözlənilir
03 İyul 2011 Bazar 06:15
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq.
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, mülayim şimal küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 19-23 dərəcə isti, gündüz 26-31 dərəcə isti təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-24 dərəcə isti, gündüz 32-37 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə isti, gündüz 21-26 dərəcə isti təşkil edəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: