Bu gecə Azərbaycan yay vaxtına keçəcək
26 Mart 2011 Şənbə 23:03
Saat 04:00-da əqrəblər 1 saat irəli çəkiləcək.
Azərbaycan yay vaxtına keçməyə hazırlaşır. Bu gecə 04:00-da əqrəblər 1 saat irəli çəkiləcək. Bununla da, həmin andan etibarən Azərbaycan yay vaxtına keçəcək. Mütəxəsislər hesab edirlər ki, vaxtın irəli və geri çəkilməsi 10-15 faiz insanlarda müəyyən narahatlıqlar yarada bilər.

Tibbi mütəxəsisslər bu keçidin uşaqlarda və nisbətən yaşlı təbəqədə müəyyən çətinliklər yaradacağını desələr də, bunun müvvəqəti olduğunu bildirirlər. Amma ürək damar xəstəliyindən əziyyət çəkənlər üçün bu prosses bir qədər çətin keçə bilər.

Eyni zamanda saatların çəkilməsinin insanlarda psixoloji problemlər yaratdığı da istisna edilmir. Mütəxəssislər hesab edirlər ki, saatların çəkilməsi insanlarda psixoloji və fzioloji narahatlıqlar yaradır, depresiyalara yol açır. Bu da daxili zaman anlayışı ilə bağlı olur.

Qeyd edək ki, Azərbaycanda yay vaxtına keçid Nazirlər Kabinetinin qərarı əsasında 17 mart 1997-ci ildən həyata keçirilir. Mütəxəssislərin fikrincə, saat əqrəblərinin bir saat irəli, çəkilməsilə hər il respublika üzrə sərf olunan elektrik enerjisinə 2 faiz qənaət edilir.

Xatırladaq ki, bu ənənənin təməli ilk dəfə 1908- ildə İngiltərədə qoyulub. Hazırda 82 ölkə bu keçiddən istifadə edir ki, bundan da 9 ölkədə yay vaxtına keçid bütün ölkə ərazisini əhatə etmir.
Qonşu ölkə olan Rusiyada isə 2011-ci ilin fevral ayında saatlarin bir saat irəli və geri çəkilərək qış və yay rejiminə keçməsi ləğv olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar