BŞDYPİ sürücülərə xəbərdarlıq etdi
18 Mart 2011 Cümə 11:47
Bayram günlərində paytaxtın bəzi yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsi (BŞDYBPİ) Novruz bayramı şənliklərində iştirak edənlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə əhaliyə, avtomobil sahibləri və sürücülərə xəbardarlıq edib. BŞDYBPİ-nin hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi polis polkovnik-leytnantı Vaqif Əsədovun ANS PRESS-ə verdiyi məlumata görə, 19-20 mart günlərində tədbirlərin keçirildiyi ərazilərə bütün atomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.
Məlumata görə, Niyazi və İstiqlaliyyət küçələri, Qoşa Qala qapısı, Əziz Əliyev küçəsi, Dənizkənarı Bulvar boyunca, Neftçilər prospekti ilə Azneft dairəsi və əks istiqamətdə Azadlıq meydanı, Üzeyir Hacıbəyov küçəsi, Zərifə Əliyeva prospekti, Rəsul Rza küçəsində avtomobillərin parklanmasının mümkünsüzlüyü barədə məlumat verərək bu istiqamətə kəsişən digər küçə və prospektlərdən bütün avtomobillərin hərəkət istiqaməti dəyişəcək.
Bayram tədbirlərinin keçirildiyi vaxtlar qeyd olunan küçələrdə avtomobillər üçün duracaq yerin təyin edilməsinin mümkünsüzlüyünü qeyd edən bölmə rəisi şəxsi avtomobillərlə şənliyə qatılmaq istəyənlərdən bu istiqamətlərdə ictimai nəqliyyat vasitələrindən istifadə etmələrini xahiş edib.
Ümumiyyətlə Neftçilər prospekti vasitəsilə şəxsi avtomobilləri idarə edən sürücülərə şənlik iştirakçılarının hərəkətinin rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təşkil edilməsi, yol nəqliyyat hadisələrinin, nəqliyyat sıxlığının, tıxacların yaranmaması üçün alternativ yollardan istifadə edilməsi tövsiyyə olunur. Xahiş olunur ki, Dənizkənarı bulvar istiqamətinə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilsin. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: