Britaniya səfirliyi Bakıda futbol turniri təşkil edir
03 Avqust 2011 Çərşənbə 17:40
Yarışda 6 komanda mübarizə aparacaq
Böyük Britaniya səfirliyi gələn il Londonda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarını Azərbaycanda təbliğ etmək məqsədi ilə “BİR İL”’ kampaniyası çərçivəsində Azərbaycan Milli Olimpiya Komitəsi və Azərbaycan Milli Paralimpiya Komitəsi ilə bir sıra tədbirlər həyata keçirir. ANS PRESS-in məlumatına görə, səfirlik 6 avqust şənbə günü saat 18.00-dan 20.00-dək Milli Olimpiya Komitəsi, Milli Paralimpiya Komitəsi, həmçinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə Mərdəkanda yerləşən “Dalğa” İdman Istirahət Kompleksində qeyri-rəsmi futbol turniri təşkil edəcək.
Turnirə altı komanda qatılacaq – Britaniya səfirliyini təmsil edən “London 2012”, Milli Olimpiya Komitəsi, Milli Paralimpiya Komitəsi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Britaniya-Azərbaycan Məzunlar Birliyi komandaları, həmçinin idman jurnalistlərindən ibarət “Mətbuat” komandası.
Qeyd edək ki, idman jurnalistlərindən ibarət “Mətbuat” komandasının tərkibində ANS-in 3 əməkdaşı yer alacaq.
DOSTLARINLA PAYLAŞ: