Britaniya Azərbaycana hərbi əməkdaşlıq barədə saziş təklif edib
23 Avqust 2011 Çərşənbə Axşamı 11:42
Səfər Əbiyev bu gün Britaniyanın müdafiə qərargahı rəisinin maddi-texniki təchizat əməliyyatları üzrə müavinni qəbul edib.
Azərbayсanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı müdafiə qərargahı rəisinin maddi-texniki təchizat əməliyyatları üzrə müavini, aviasiya vitse-marşalı Qraham Hovardı qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə daxil olan məlumata görə, nazir S.Əbiyev Cənubi Qafqazda hərbi-siyasi vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfdən işğalı barədə qonağı məlumatlandıraraq qeyd edib ki, artıq 20 ildir bu təcavüz davam edir.

Minsk Qrupu tərəfindən aparılan danışıqlar heç bir nəticə verməyib. BMT-nin 4 qətnaməsi də indiyədək icra olunmayıb. Müdafiə naziri belə bir xoşagəlməz vəziyyətin hökm sürməsini dünyada hələ də ikili standartların mövcud olması ilə əlaqələndirib.

Görüş zamanı ikitərəfli əlaqələrin genişləndirilməsinə də diqqət yetirilib. Qonaq hərbi sahədə inkişafa nail olmaq üçün Böyük Britaniyanın fəaliyyətini artıracağını bildirərək deyib ki, artıq ikitərəfli hərbi əməkdaşlıq barədə sazişin imzalanmasının vaxtı çatıb.

Nazir S.Əbiyev bu təklifə öz razılığını bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar