İyunun 10-da axşam və 11-də gecə yağan yağışlar nəticəsində Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artımı müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda ən yüksək sululuq respublikanın Quba-Xaçmaz bölgəsi çaylarında müşahidə olunur və ongünlük normanın 100-257, Balakən-Şəki bölgəsi çaylarında isə normanın 90-135 faizini təşkil edir. Digər çaylarda isə normadan aşağı sululuq müşahidə edilir. Belə ki, Qazax-Gəncə və Lənkəran-Astara bölgəsi çaylarında 30-75 faizini təşkil edir./ANS PRESS/