Borclu vergi ödəyicilərinin əmlakı siyahıya alındı
29 Oktyabr 2013 Çərşənbə Axşamı 17:20
Kosmetika və parfümeriya mağazı, optika mağazası və yeməkxananın əmlakı siyahıya alınıb.
Borclu vergi ödəyicilərinin əmlakı siyahıya alınıb. ANS PRESS-in Vergilər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabr ayının 23-də Bakı şəhəri Vergilər Departamentinin Vergi borclarının alınması idarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 510-cu məhəllə, ev 13A, mənzil 25 ünvanında yerləşən, fiziki şəxs Şahverənov Elnur Xanhüseyn oğlunun icarəyə götürdüyü “Optimal” kosmetika və parfümeriya mağazında əmlakın siyahıya alınması həyata keçirilib.
Mağazanın fəaliyyəti araşdırılarkən, onun 1724 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib. Bu barədə vergi ödəyicisinə bildiriş göndərilsə də, borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməyib. Bu ilin oktyabr ayında Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi mağazadakı əmlakın siyahıya alınması haqqında Qərar çıxarılıb və 1790 manatlıq müxtəlif növ parfümeriya ləvazimatları müəyyən edilmiş qaydada siyahıya alınıb.
Həmin gün Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi, ev 133 ünvanda yerləşən fiziki şəxs Tağıyev Mahir Sərdar oğluna məxsus “Perfetto” yeməkxanasında da əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib. Mağazanın 1690 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək məqsədilə obyektdəki əmlakın siyahıya alınması haqqında Qərar çıxarılıb və 2 min manatlıq mebel dəstləri müəyyən edilmiş qaydada siyahıya alınıb.
DOSTLARINLA PAYLAŞ: