Borclu abunəçlərin qazı kəsiləcək
12 Dekabr 2009 Şənbə 10:05
Borclu abunəçlərin qazı kəsiləcək. Yasamal rayonunda əhaliyə xəbərdarlıq edilib.
Bakı şəhəri Qaz İstismarı İdarəsi tərəfindən abonentlərə edilmiş xəbərdarlıq müddəti artıq başa çatdığından Yasamal rayonu ərazisində debitor borcu olan əhali abunəçlərinin qaz təchizatı dayandırılacaq. Bu barədə Dövlət Neft Şirkətindən verilən məlumata görə, Yasamal rayonu üzrə istifadə olunan təbii qaza görə yaranmış debitor borcun ümumi məbləği 11 413,1 manat təşkil edir. Bu günə kimi, Yasamal Rayon Qaz İstismar Sahəsi tərəfindən abonentlərə 11200-dən artıq bildiriş paylanılıb. Borclu olan abunəçilərin nəzərinə çatdırılıb ki, borcları ödənilməyənə qədər mənzillərinin qaz təchizatı bərpa olunmayacaq. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar