Borclu abonentlərə xəbərdarlıq
03 Fevral 2010 Çərşənbə 10:40
Abonentlərin elektrik enerjisi təchizatı fevralın 5-dən dayandırılacaq
“Bakıelektrikşəbəkə” borclu abonentlərə xəbərdarlıq edib. ASC abonentlərdən istifadə etdikləri elektrik enerjisinə görə yaranmış borclarını tam şəkildə ödənilməsini xahiş edir.
Ödəniş müddəti keçən, həmçinin “Bakıelektrikşəbəkə” ASC-nin fəaliyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 5 fevral saat 15:00-dan etibarən müvafiq qanunvericliyə uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq. Borcunu vaxtında ödəməyən abonentlərə heç bir güzəşt edilməyəcək.

Qeyd edək ki, borca görə elektrik enerjisi təchizatı dayandırılan abonentlərin təkrar şəbəkəyə qoşulması bir neçə gün sonra mümkün olacaqdır. Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, həmçinin internet saytı (www.bes.az) vasitəsilə “onlayn” olaraq həyata keçirilir. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar