Bölgələrdə poçt şöbələri açılacaq
24 Noyabr 2009 Çərşənbə Axşamı 18:35
Bölgələrdə poçt şöbələri açılacaq. Qurban Bayramı ilə əlaqədar Azərpoçt MMC müasir standartlara cavab verən obyektləri istifadəyə verəcək.
Müqəddəs Qurban Bayramı ilə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərpoçt MMC yeni tikilmiş və müasir standartlara cavab verən obyektləri istifadəyə verəcək. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bayram ərəfəsində Göygöl rayon mərkəzində, Ağdaş rayonunun Aşağı Ləki və Yuxarı Qəsil kəndlərində və Goranboy rayonunun Faxralı kəndində yeni poçt şöbələri binaları əhalinin istifadəsinə veriləcək.

Milli üslubda tikilən yeni binalar müasir texniki avadanlıqlarla və mebellə təmin olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar