Boksçusu Əli İsmayılov aparıcı olub
31 Dekabr 2013 Çərşənbə Axşamı 08:47
Ağırçəkili peşəkar boksçu Əli İsmayılov idman xəbərlərini təqdim edib.
Azərbaycanın ağırçəkili peşəkar boksçusu Əli İsmayılov canlı efirdə aparıcılıq edib. Bu ilkə ANS telekanalı imza atıb.
Ə.İsmayılov ANS-də yayımlanan "Salam Azərbaycan" verilişinin bayram buraxılışında idman haqqında xəbərləri təqdim edib. İdmançının ilk aparıcılıq həyəcanı gözdən qaçmayıb.
Peşəkar boksçu aparıcının "rinqdə döyüşmək daha asandır, ya idman xəbərlərini aparmaq?" sualına peşəsinə uyğun olaraq "əlbətdə rinqdə döyüşmək" cavabını verib.
"Mən rinqdə oyunun sonunda tərləyirəm. Burda isə həyəcandan ilk andan tərlədim".


DOSTLARINLA PAYLAŞ:

oyunlar