“Biznes sahəsində məsləhətçi kimi çalışıram”
19 May 2011 Cümə Axşamı 15:22
Etibar Məmmədov: “Biznes sahəsində məsləhətçi kimi çalışıram”


Bakı. Pərvin Abbasov – APA. ““Biznes” sözünün ingilis dilindən tərcüməsi “iş” deməkdir. Hərə bir işlə məşğul olmalıdır. Mənim də hansısa işlə məşğul olmaq hüququmu heç kəs əlimdən almayıb və bunu təəccüblü bir şey kimi qəbul etmək də yersizdir. İnsan öz yaşayışını təmin etmək üçün hansısa işlə məşğul olmalıdır”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov deyib.

O, biznes sahəsində yalnız məsləhətçi kimi çalışdığını söyləyib: “Yəni, birbaşa nə tikinti, nə quruculuq, nə də istehsal sahəsi ilə məşğulam. Konkret olaraq iqtisadi və siyasi sahələr üzrə məsləhətlər verirəm”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar