Ölkə

Bizə qiymət diktə edən qonşularımız yoxdur

Azərbaycan xarici işlər naziri "Al-Jazeera" telekanalına müsahibə verib

· Xəbərçi
Bizə qiymət diktə edən qonşularımız yoxdur
Azərbaycanın qaz ehtiyatı hazırda 2 trilyon kubmetr həcmində qiymətləndirilir. Bu rəqəm 5 trilyona qədər arta bilər. Bunu hazırda Qətərdə səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov "Al-Jazeera" telekanalına müsahibəsində bildirib. Nazir enerji sahəsində əməkdaşlıq məsələsinə toxunaraq Azərbaycanın qonşu ölkələrlə fəal işlədiyini və Avropa ilə qaz əməliyyatlarını genişləndirməyi planlaşdırdığını vurğulayıb.

"Bizə qiymət diktə edən qonşularımız yoxdur",-deyə nazir bildirib. Onun sözlərinə görə, Azərbaycanla Rusiya arasında enerji sahəsində əməkdaşlıq onilliklərlə ölçülür.

"Bundan başqa bizim İrana qaz satışı barədə razılaşmamız var. Biz Türkiyə ilə ildə 4 milyard kubmetr qaz satışı barədə danışıqlar aparırıq. Avropa İttifaqına qədər qaz satışınının miqyasının artırılması ilə bağlı da danışıqlar aparılır”,-deyə nazir bildirib. ANSPRESS

Şərhlər