Biz Avropa və Asiya, mədəniyyətlər arasında möhkəm bir körpüyük
22 Aprel 2013 Bazar Ertəsi 12:28
Qurumun mətbuat xidmətinin sözçüsü Yaxın Şərqə səfəri çərçivəsində İsrail mətbuatına müsahibə verib.
BMT TŞ-nin üzvü kimi Azərbaycan Yaxın Şərqdə gedən sülh proseslərini daim izləyir. Bunu Yaxın Şərqdə xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində olan qurumun sözçüsü Elman Abdullayev İsrailin "The Jerusalem Post" qəzetinə müsahibəsində bildirib. Bu barədə ANS PRESS-ə XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.
“İsrail-Fələstin məsələsi BMT Təhlükəsizlik Şurasında hər zaman əsas müzakirə obyekti olub. Ona görə də həm Fələstin, həm də İsrail münasibətlərin olması olduqca mühüm idi", - deyə Elman Abdullayev qeyd edib.
O, əlavə edib ki, Azərbaycan kiçik ölkə ola bilər, ancaq o, İsrail və Fələstinlə əlaqələrini inkişaf etdirərək təsirini daha da artırmaq istəyir: “Biz Avropa və Asiya, mədəniyyətlər arasında möhkəm bir körpüyük”.
İsrailin Azərbaycanda səfiri Rafael Harpaz iki ölkə arasında yaxın münasibətlər mövcuddur. Tərəflər 1992-ci ildən diplomatik əlaqələrə malikdir.
Onun sözlərinə görə, Azərbaycanda bir çox İsrail şirkətləri fəaliyyət göstərir: telekommunikasiya, kənd təsərrüfatı, tibbi texnologiya və enerji sahələrini misal gətirə bilərəm. Həmçinin biz Azərbaycanda da neft idxal edirik.
Qeyd edək ki, Elmar Məmmədyarov dünən İsrailin yüksəksəviyyəli rəsmiləri ilə görüşüb, daha sonra Fələstinə səfər edib. Növbəti 2 gündə isə o, İsrail prezidenti Şimon Peres, baş nazir Benyamin Netanyahu, eləcə də Azərbaycandan olan yəhudilərlə də görüşəcək.
DOSTLARINLA PAYLAŞ: