Bir siyasətçi partiyaya neçə il rəhbərlik etməlidir?
13 Yanvar 2012 Cümə 02:17
Azərbaycanda bir çox siyasətçilərin sədrlik stajı ölkəmizin müstəqilliyinin yaşı qədərdir.
Müsavat Partiyasının gözlənilən qurultayında İsa Qəmbərin başqan kimi namizdəliyini irəli sürməyəcəyi gözlənilir. Artıq bəzi müsavatçılar başqanlığa namizəd olmaq iddialarını ortaya qoyublar. Musavat Partiyası başqanının müavini Tofiq Yaqublunun sözlərinə görə, İsa Qəmbərin öz namizədliyini irəli sürməməsinin səbəbi partiyanın nizamnaməsi ilə əlaqədardır. O deyib ki, partiyanın 2001-ci ildə keçirilmiş VI qurultayında nizamnaməyə edilən əlavədə partiya başqanı, rayon təşkilatı sədrləri bu vəzifəyə ardıcıl olaraq iki dəfədən artıq seçilə bilməzlər: “İsa Qəmbər dəfələrlə deyib ki, növbəti qurultaylarda başqanlığa namizəddliyini irəli sürməyəcək”.
Qeyd edək ki, Azərbaycanda olan siyasi partiya liderlərinin rəhbərlik dövrü elə Azərbaycanın müstəqillik tarixi ilə eynidir. Müsavat Partiyasnın başqanı İsa Qəmbər 1992-ci ildən bu vəzifədədir. AXCP sədri Əli Kərimli isə 2000-ci ildə Əbülfəz Elçibəyin vəfatından sonra partiyaya rəhbərlik edir. 1991-ci ildən yaranan Azərbaycan Demokrat Partiyasının ilk sədri olan Sərdar Cəlaloğlu 1996-cı ildən sonra partiya sədrini müavini olsa da, 2007-ci ildən yenidən ADP-yə rəhbərlik edib. Ana Vətən Partiysının sədri Fəzail Ağamalı 1992-ci ildə partiyanı yaradıb və elə həmin ildən də partiyaya rəhbərlik edir. Yalnız 1992-ci ildə Azərbaycan Milli İstiqlal Partypsının yaradıcılarından biri və sədri olan Etibar Məmmədəov 2005-ci il parlament seçkilərindən sonra partiya rəhbərliyindən istefa verib.
Etibar Məmmədov hesab edir ki, partiya liderləri mütəmadi dəyişməlidir. Lider kimi gənclərin önə çəkilməsini vacib sayan Etibar Məmmədmmədovun fikrincə, bununla partiyaya yeni ideyalar gəlir. “Mən də ona görə istefa verdim ki, yeni qüvvələr gəlsin və dəyişiklik olsun. Liderlər bir-birindən fərqlənir. Zəif lider partiyasını zəiflədir. Ən qədim partyalarda da həmişə güyclü liderlər axtarılır”.
Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov isə düşünür ki, bir şəxsin uzun müddət siyasi partiyaya rəhbərlik etməsi normaldır. Lakin əgər bir partiya heç bir seçkidə qalib gəlməyibsə, onun lideri mütləq istefaya getməlidir. Bir çox qərb ölkələrində də bu nümunənin mövcüd olduğunu deyən Əli Əhəmədov hesab edir ki, daim seçkilərdə qalib gələn siyasi partiyanın sədrinin dəyişməsinə ehtiyac yoxdur.
DOSTLARINLA PAYLAŞ: