Bir şəhidin adı daha bilindi - Mustafa Coşqunov
01 Avqust 2014 Cümə 12:08
Bu Xaçmaz sakini Mustafa Coşqunov Əhmədcan oğludur.
Ötən gecə ermənilərin təxribat hücumu cəhdi nəticəsində şəhid olan daha bir əsgərin adı məlum olub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, bu Xaçmaz rayonu Yeni Həyat kənd sakini Coşqunov Mustafa Əhmədcan oğludur.

O, 1996-cı ildə anadan olub. Hərbi xidmətə isə bu ilin yanvar ayında gedib.

Faktı Xaçmaz rayon icra başçının birinci müavini Yetkin Mehmanov ANS PRESS-ə təsdiqləyib. O, bildirib ki, əsgərin cənazəsi hazırda rayona gətirilir.

Allah rəhmət eləsin!

Qeyd edək ki, İylun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb.

Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.
Təəssüflər olsun ki, Silahlı Qüvvələrimizin bölmələri də itki verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar