Bir qarış torpaq vermək fikrində deyilik
08 Aprel 2011 Cümə 15:24
Azərbaycanın müdafiə naziri türkiyəli həmkarı ilə görüşdə belə deyib
“Torpaqlarımızın bir qarışını belə heç kimə verməyəcəyik”. ANS TV-nin məlumatına görə, bu sözləri Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Ankarada türkiyəli həmkarı Vecdi Gönüllə görüşündə səsləndirib.

O, erməni tərəfininin Azərbaycan ərazilərini şərtsiz olaraq tərk edəcəyini bildirib. “Bütövlüyü Azərbaycan özü dəstəkləyir. Heç vaxt hansısa ölkəyə bir qarış torpaq vermək fikrində deyilik. Azərbaycan bu gün bütün gücünü sərf edib ki, öz Silahlı Qüvvələrini hazırlasın və lazım olan vaxtda öz torpaqlarını azad etsin. Bu sössüzdür və Azərbaycan da bu sözündən dönən deyil. Azərbaycanın bütün torpaqları qaytarılmalıdır. Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarından çıxmalıdır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar