Binəqədi rayonunda polis əməliyyat keçirib
22 Oktyabr 2014 Çərşənbə 13:34
Bakının Binəqədi rayonu ərazisində polis əməliyyat keçirib. Saxlanılanlar barələrində inzibati tədbir görülüb.
Bakının Binəqədi rayonu ərazisində polis əməliyyat keçirib.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilib.

Keçirilən əməliyyat nəticəsində avaraçılıq və dilənçiliklə məşğul olan 36 nəfər saxlanılıb. Saxlanılanlardan 19-u qadın, 3-ü kişi, 14-ü azyaşlı olub. Saxlanılanlar barələrində inzibati tədbir görülərək yaşadıqları Yevlax şəhərinə göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar