Bilesuvar ve Culfa serhed-buraxılış menteqelerinde yük maşınları hele buraxılmır
13 Noyabr 2013 Çərşənbə 11:27
İranın Azerbaycandakı sefiri: Serhedi piyada keçmek isteyen vetendaşlar üçün mehdudiyyet aradan qaldırılıb.
Noyabrın 7-den Bilesuvar ve Culfa serhed-buraxılış menteqelerde yaranmış gerginlik nisbeten aradan qaldırılıb. ANS PRESS-in APA-ya istinaden melumatına göre, İranın Azerbaycandakı sefiri Möhsün Pak Ayin verdiyi açıqlamada bildirib ki, serhedi piyada keçmek isteyen vetendaşlar üçün mehdudiyyet aradan qaldırılsa da, yük maşınlar üçün helelik mehdudiyyet var: “Avtobusla Azerbaycandan İrana getmek isteyen vetendaşlara serhedi keçmeye mehdudiyyet yoxdur, lakin avtomobillere ve yük maşınlarına mehdudiyyet qalmaqdadır”.

Sefir hemçinin elave edib ki, dünen axşam Azerbaycandan Naxçıvana gönderilen 175 yük maşınının İrana keçmesine icaze verilib.

Qeyd edek ki, noyabrın 8-de İranın Azerbaycandakı sefirliyi Bilesuvar ve Culfa serhed-keçid menteqelerinin bağlanması ile bağlı beyanat yayıb. Sefirliyinin metbuat xidmetinin rehberi Mehemmed Ayetullahinin adından yayılan beyanatda bildirilir ki, bu addıma sebeb Azerbaycan serhedçilerinin noyabrın 6-da Poldeşt-Şahtaxtı serhed-keçid menteqesini bağlamasıdır.

Seyid Mehemmed Ayetullahi bildirib ki, İran iki gün gözledikden sonra serhed-keçid menteqesi açılmadığı üçün Azerbaycan terefini qabaqcadan melumatlandıraraq, Bilesuvar ve Culfa serhed-keçid menteqelerini bağlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar