Bilal Əliyev Məhəbbət Kazımovun ölümündən yazdı
27 Yanvar 2014 Bazar Ertəsi 23:44
Xalq artisti Bilal Əliyev Azərbaycanın tanınmış müğənnisi, əməkdar artist Məhəbbət Kazımovun ölümü ilə bağlı sosial şəbəkədə hisslərini bildirib.
ANS PRESS-in məlumatına görə, xalq artisti Bilal Əliyev “Facebook”da Məhəbbət Kazımovun vaxtsız ölümündən təəssüfləndiyini qeyd edərək bildirib: “Əcəl xalqımızın sevimli sənətkarının da qapısını döydü, onun da gözəl arzularını ürəyində qoydu”.

Bilal Əliyev mərhumun doğulub boya-başa çatdığı Laçın rayonuna olan həsrətindən, Laçında bütün sənət dostlarıyla qələbə konsertində “Laçın” mahnısını oxumaq arzusuyla yaşadığından danışıb. Hətta, söhbətlərinin birində oradakı doğmalarının qəbrini qucaqlayıb ağlamaq istədiyini deyib.

Xalq artisti sonda mərhum sənətkarın ailəsinə dərin hüzlə başsağlığı verərək, onlara Allahdan səbr diləyib.

Qeyd edək ki, xalq artisti bu fikirləri ağlaya-ağlaya yazdığını da vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar