Ölkə

Bəzi rayonların icra başçıları dəyişib

Prezident müvafiq sərəncamlar imzalayıb.

· Xəbərçi
Bəzi rayonların icra başçıları dəyişib
Azərbaycan prezidenti İlham Əliyev Asif Salman oğlu Məmmədovun Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. ANS PRESS-in Prezidentin rəsmi saytına istinadən yaydığı məlumata görə, prezidentin digər sərəncamı ilə Asif Məmmədov Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Dövlət başçısı Nazim Mehdi oğlu İsmayılovun Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı təyin olunması haqqında da sərəncamlar imzalayıb.

Azərbaycan prezidentin digər sərəncamı ilə Heydər Almas oğlu Abbasov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. ANSPRESS

Şərhlər