Bəzi rayonların icra başçıları dəyişdi
26 Aprel 2011 Çərşənbə Axşamı 21:00
Prezident Qobustan, Biləsuvar və Astara rayonlarına yeni icra başçılarının təyin edilməsi haqda sərəncamlar imzalayıb.
Azərbaycan prezidenti İlham Əliyev Adil Məcnun oğlu Məmmədovun Qobustan rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən yaydığı məlumata görə, prezidentin digər sərəncamı ilə Adil Məmmədov Biləsuvar rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bundan başqa, İlham Əliyev Mahir Hacı oğlu Quliyevin Biləsuvar rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Digər sərəncamla Mahir Quliyev Astara rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Azərbaycan prezidenti İlham Əliyev Taleh Azay oğlu Qaraşovun Astara rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar