Yaxın günlər ərzində Azərbaycan ərazisində mart ayına xas olan dəyişkən hava şəraiti müşahidə olunacağı, havanın tez-tez tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umarya Tağıyeva APA-ya bildirib ki, martın 14 və 15-də Bakıda və Abşeron yarımadasında temperatur norma daxilində tərəddüd edəcək, gündüz saatlarında 12-14 dərəcə isti olacaq, 15-i axşamdan 18-dək isə havanın yenidən bir qədər soyuyacağı, temperaturun 4-5 dərəcə düşəcəyi, gündüzlər paytaxtda 8-10 dərəcə təşkil edəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.
Respublikanın rayonlarında martın 14-də qərb rayonlarından başlayaraq martın 18-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.
Martın 15-də axşam və 16-17-də hava şəraitinin dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyinin arabir güclənəcəyi, çaylarda, əsasən də Quba-Xaçmaz bölgəsi çaylarında sululuğun artacağı gözənilir.
APA