Bəzi rayonlarda havanın temperaturu 36 dərəcəyə yüksələcək
15 İyun 2011 Çərşənbə 11:34
Bakı və Abşeron yarımadasında iyunun 16-da hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi proqnozlaşdırılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 28-33, yarımadanın bəzi yerlərində 35 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.

İyunun 17-də hava az buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal, şimal-şərq küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 28-33 dərəcə isti olacaq.

İyunun 16-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 31-36, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti olacağı proqnozlaşdırılır.

Bölgələrdə yunun 17-də əsasən gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar