Bəzi hakimlərin vəzifələri dəyişdirildi
21 İyul 2009 Çərşənbə Axşamı 00:45
Vəli Abdullayev Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri, Təranə Hüseynova isə Şamaxı Rayon Məhkəməsinin hakimi təyin edilib

Prezident Ilham Əliyev “Bəzi hakimlərin vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar birinci instansiya məhkəməsinin hakimi və məhkəmə sədri vəzifəsinə təyin edilməsi haqqında” Sərəncam imzalayıb. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsini və 97-ci maddəsinin ikinci hissəsini rəhbər tutan dövlət başçısı qərara alıb ki, Abdullayev Vəli Əsgər oğlu vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilsin.
Hüseynova Təranə Talış qızı isə vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şamaxı Rayon Məhkəməsinin hakimi təyin edilib.
Müəyyən edilib ki, bu Abdullayev Vəli Əsgər oğlunun bu vəzifədəki səlahiyyət müddəti “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun Keçid müddəalarının 8-ci bəndi ilə tənzimlənir. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar