Beynelxalq Qızıl Xaç Komitesi esir düşen ermeni ile bağlı danışıqlar aparır
29 Yanvar 2014 Çərşənbə 11:41
Beynelxalq Qızıl Xaç Komitesinin mandatına uyğun olaraq elaqedar hakimiyyet orqanları ile dialoqda olduğunu deyib.
Beynelxalq Qızıl Xaç Komitesi (BQXK) dünen temas xettinde tutulan ermeni ile bağlı danışıqlara başlayıb. Komitenin Azerbaycan nümayendeliyinin ictimaiyyetle elaqeler şöbesinin rehberi İlahe Hüseynova ANS PRESS-e açıqlamasında BQXK mandatına uyğun olaraq elaqedar hakimiyyet orqanları ile dialoqda olduğunu deyib.
O bildirib ki, Komite saxlanılan Ermenistan vetendaşı ile görüşe bilmek üçün cehd edir ve heleki netice elde olunmayıb.

Qeyd edek ki, dünen saat 16 radelerinde Tovuz rayonu istiqametine Ermenistan terefden keçen ermeni saxlanılıb. ANS PRESS-in bölge müxbirinin verdiyi melumata göre, hemin şexs kend sakinlerinin müdaxilesi ile tutulub. erazideki herbçiler hemin şexsi tutaraq aparıblar.

Son günler Azerbaycan-Ermenistan qoşunlarının temas xettinde veziyyet gerginleşib. Tekce öten gece cebhe xettinde ateş 196 defe pozulub. Azerbaycan Ordusunun kapitanı Ceferov Elnur Cefer oğlu ve leytenantı Ezizov Sebuhi Rüstem oğlu şehid olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar