Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları Rafiq Həsənova baş çəkiblər
01 Fevral 2010 Bazar Ertəsi 16:45
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyinin əməkdaşları İrəvanda əsirlikdə olan Azərbaycan ordusunun əsgəri Rafiq Həsənova baş çəkiblər.
Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Gülnaz Quliyeva bildirib. Onun sözlərinə görə, yanvarın 21-də baş tutan görüş zamanı R. Həsənovun saxlanma şəraitinin monitorinqi aparılıb, onunla təkbətək görüş keçirilib. R. Həsənovdan ailəsinə çatdırılmaq üçün məktub alınıb. G. Quliyeva məktubun artıq əsirin ailəsinə çatdırıldığını bildirib.
R. Həsənovun atası Rəhman Həsənov isə APA-ya oğlu ilə bağlı heç bir açıqlama vermək istəmədiyini bildirib.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Rafiq Rəhman oğlu Həsənov 8 oktyabr 2008-ci il tarixdə Qazax rayonu ərazisində qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: