Ötən ilin dekabrında Azərbaycanın beynəlxalq ehtiyatlarının həcmi əvvəlki ayla müqayisədə azalıb. Bu göstərici 274,9 milyon dollar azalaraq 5 mlrd. 668 mln. dollara düşüb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, noyabrda ölkənin beynəlxalq ehtiyatlatrının həcmi 5 mlrd. 943 mln. dollar olub.
2009-cu ilin yanvar ayı ilə müqayisədə beynəlxalq ehtiyatların həcmi ilin sonuna 13,6 faiz və ya 773 milyon dollar azalıb. Yanvar ayında isə bu göstərici 6 mlrd. 441 mln. dollar təşkil edib.
Beynəlxalq ehtiyatın 5 mlrd. 365 mln. dollarını xarici valyutada yerləşdirilən aktivlər təşkil edir. Ölkənin BVF-dəki ehtiyat mövqeyi 0,1 mln. dollara bərabərdir. SDR-də (xüsusi borclanma hüququ) yatırılan vəsaitin həcmi 302,9 mln dollardır.
Qeyd edək ki, ölkənin beynəlxalq ehtiyatlarının tərkibinə qızıl yoxdur. Beynəlxalq ehtiyatlar hesablanarkən Neft Fondunun vəsaiti nəzərə alınmayıb. ANSPRESS
Beynəlxalq ehtiyatlarımızın həcmi azalıb
Bu göstərici 274,9 milyon dollar aşağı düşüb




Şərhlər