Beyləqanda vəziyyət gərgin olaraq qalır
25 May 2011 Çərşənbə 12:29
1000-dən artıq ev və həyətyanı sahə su altında qalıb.
Beyləqan rayonunda selin vurduğu fəsadların aradan qaldırılmasına başlanılıb. ANS TV-in bölgə müxbirinin verdiyi məlumata görə, Füzuli-Beyləqan magistral yolu hələ də su ilə örtülüdür.

Rayon Fövqəladə Hallar Komissiyasından verilən mlumata görə, dəyən ziyanın rəqəmləri müəyyənləşdirilib. İlkin hesablamalara görə, 1000-dən artıq ev və həyətyanı sahə su altında qalıb. 15 min hektara yaxın sahəni su basıb. 4 min hektar sahədə mütəxəssislər araşdırma aparıb və bu sahələrdən məhsul götürməyin mümkün olmadığı qeyd edilib.

Bölgə müxbiri indiyə qədər 200-ə yaxın evdən suyun çəkildiyini deyib. Ancaq FHK-dan verilən məlumata görə, yenidən suyun toplanması prosesi gedir. Mütəxəssislər hesab edirlər ki, havaların isti keçəcəyi təqdirdə 3 gün müddətində suyun çəkilməsi mümkündür. Amma ümumilikdə aparılan müşahidələr bu müddətin uzanacağını göstərir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar