“Bəyanatda deylənlər Ermənistanın cinayətkar prezidentinə aiddir”
27 May 2011 Cümə 13:50
Baş nazirin müavini prezidentlərin bəyanatına münasibət bildirib
“Azərbaycan prezidenti heç vaxt öz xalqını müharibəyə hazırlamayıb”. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ABŞ, Fransa və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdikləri birgə bəyanatına münasibət bildirərkən belə deyib.

O, Azərbaycan prezidentinin neçə illərdir ki, səbir nümayiş etdirdiyini vurğulayıb: "Azərbaycan prezidentinin Ali Baş Komandan müharibəni bu gün başlamağa və torpaqlarını azad etməyə hüquq var. Müharibə bizim beynəlxalq hüququmuzdur, ancaq bunu etmirik. Ermənistan isə bizim yerimizə olsaydı, bunu çoxdan edərdi. Bəyanatda göstərilənlər Ermənistana, onun cinayətkar prezidentinə, erməni xalqının separatçı hissəsinə aiddir".


DOSTLARINLA PAYLAŞ:

oyunlar