Beton səki daşları dövlət standartı təsdiq olunub
17 Fevral 2011 Cümə Axşamı 14:38
Standartlar komitənin texniki tənzimləmə və standartlaşdırma şöbəsi tərəfindən hazırlanıb
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS prEN 1340-2011 “Beton səki daşları” Dövlət standartını təsdiq edib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu standart Avropa Standartlaşdırma Komitəsinin (CEN) prEN 1340-1993 standartı əsasında Komitənin Texniki tənzimləmə və standartlaşdırma şöbəsi tərəfindən hazırlanıb. Sənəddə beton səki daşlarının hazırlanmasında istifadə olunan materiallara olan tələblər, hazır məhsulun xüsusiyyətləri, sınaq metodları, uyğunluğun qiymətləndirilməsi və digər məsələlər öz əksini tapıb.
DOSTLARINLA PAYLAŞ: