Bələdiyyələrin fəaliyyəti müzakirə edilib
15 Dekabr 2009 Çərşənbə Axşamı 16:10
"Bələdiyyələrin 10 illik fəaliyyəti, yaranması və inkişaf problemləri" mövzusunda dəyirmi masa keçirilib
Bu gün "Bələdiyyələrin 10 illik fəaliyyəti, yaranması və inkişaf problemləri" mövzusunda dəyirmi masa keçirilib.
Azərbaycan Regional İnkişaf Mərkəzinin sədri Çingiz İsmayılov ölkəmizdə həyata keçirilən regional inkişaf siyasətində bələdiyyələrin fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını bildirib. Azərbaycan bələdiyyələrinin 10 illik fəaliyyətindən danışan İsmayılov onların iş fəaliyyətinin qiymətləndirilməsi məqsədi ilə bir sıra bölgələrdə sosioloji sorğular keçirildiyini qeyd edib. Sorğuda iştirak edən respondentlərin böyük əksəriyyəti bələdiyyələrin fəaliyyətindən narazı olduqlarını bildiriblər.

Yarandığı gündən bəri bələdiyyələrin fəaliyyətində mövcud olan bir çox qüsurların hələ də aradan qaldırılmadığını vurğulayan mərkəz sədri bununla belə 2009-cu ildən başlayaraq bələdiyyə torpaqlarının hərrac yolu ilə satışa çıxarılmasını təqdirəlayiq hesab edib. O, həmçinin bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi üçün müstəqil mailiyyə mənbələrinin formalaşmasını, bələdiyyələrdə çalışan mütəxəssislərin yerli idarəetmə haqda biliklərinin artırılmasını və bələdiyyələrin müstəqil fəaliyyətinin təmin edilməsinin zəruri olduğunu bildirib.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar