Bələdiyyə torpaqları hərracla satılacaq
13 Mart 2009 Cümə 16:05
Artıq Abşeron rayonunda dörd sahənin satılması ilə bağlı müsabiqəni başlamaq barədə elan verilib

Azərbaycanda bələdiyyə torpaqlarının satışı üzrə ilk hərrac aprelin əvvəlində keçiriləcək. Bu barədə Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov məlumat verib. O qeyd edib ki, artıq Abşeron rayonunda dörd sahənin satılması ilə bağlı müsabiqənin başlanması barədə elan verilib. Torpaq sahələrindən ikisi Fatmai qəsəbəsində, ikisi isə Ceyranbatandadır. Fatmaidə torpağın sotu 147 manata, Ceyranbatanda isə 110 manata təklif edilir.
«O elana müvafiq olaraq hərrac müsabiqəsini təşkil edən komissiyaya müraciət edəcəklər və bir ay müddətinə məsələ həll olunacaq. Torpaqlar əvvəllər dəyər-dəyməzinə satılırdısa, indi bununla bağlı normativ qiymətlər var. Qiymətlər, həmin normativlərdən aşağı olmamaq şərtilə bazarda müəyyən olunacaq»,-deyə Q.Məmmədov qeyd edib. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar