Azərbaycanda keçirilən bələdiyyə seçkilərində səsvermədə ümumilikdə 14 min məhkum iştirak edir.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini Hüseyn Əlixanov bildirib ki, cəzaçəkmə müəssisələrində 13 dairə üzrə 22 məntəqə fəaliyyət göstərir. Bu məntəqələrdə məhkumlardan başqa, 1500 hərbi qulluqçu səs verəcək.
Onun sözlərinə görə, bələdiyyə üzvlüyünə namizədlərin məhkum seçicilərlə görüşləri təşkil olunmayıb, onların təşviqat materialları məhbuslara paylanıb. Rəis müavini cəzaçəkmə müəssisələrində səsvermənin yüksək səviyyədə, şəffaf şəkildə təşkil olunduğunu bildirib. ANSPRESS
Bələdiyyə seçkilərində səsvermədə 14 min məhkum iştirak edir
Cəzaçəkmə müəssisələrində 13 dairə üzrə 22 məntəqə fəaliyyət göstərir




Şərhlər