Bələdiyyə seçkiləri yenidən keçiriləcək?
24 Dekabr 2009 Cümə Axşamı 21:35
Bələdiyyə seçkiləri yenidən keçiriləcək? Qubanın Alpan kəndinin bir qrup sakini seçkilərin təkrar keçirilməsini tələb edir.
Qubanın Alpan kəndindəki məntəqələrdə bələdiyyə seçkilərində qanunsuzluğa yol verildiyini iddia edən bir neçə namizəd və onların tərəfdarları etiraz aksiyası keçirib. Onların dediyinə görə, seçki prosesi normal keçsə də, saat 19:00-dan sonra səslərin sayılması zamanı ciddi qanun pozuntularına yol verilib.

Digər namizədlər də eyni fikri söyləyib və Alpan kənd bələdiyyəsinə seçkilərin təkrarən keçirilməsinin vacibliyini vurğulayıb.

Seçki prosesini izləyən müşahidəçilərin də bir qismi qanun pozuntusuna yol verildiyini iddia edir.

Qeyd edək ki, Alpan kəndindəki 38 və 39 saylı məntəqələr 53 saylı Quba-Qusar dairə komissiyasına daxildir. Komissiyanın sədri Rahim Qarayev seçkinin yekunlarına görə hesabat verilməsi ilə bağlı Bakıda olduğunu əsas gətirərək müsahibə verə bilməyəcəyini deyib. Bununla belə, komissiya sədri şifahi olaraq bildirib ki, Alpan kəndindəki 38 və 39 saylı məntəqələrdə demokratik seçki keçib və hansısa qanun pozuntusu barədə dairəyə şikayət daxil olmayıb.

“Hesablamalarda pozuntu olması barədə iddialar da əsassızdır. Eyni zamanda əgər namizədlərin hər hansı şikayəti varsa, baxılması üçün yazılı olaraq dairə və ya mərkəzi seçki komissiyasına müraciət edə bilərlər”, - deyə o bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar