Bayraq meydanındakı bayraq niyə endirildi?
15 May 2014 Cümə Axşamı 11:50
Bəzi fotoşəkillərdə bayrağın ümumiyyətlə çıxarıldığı görünür.
Bu gün sosial şəbəkələrdə Dövlət Bayrağı Meydanında bayrağın endirilməsi əks olunan fotoşəkillər yayıldı. ANS PRESS-in məluamtına görə, fotoşəkillərin bəzilərində bayrağın ümumiyyətlə çıxarıldığı görünür.

Məsələni aydınlaşdırmaq üçün Dövlət Bayrağı Meydanı ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Hüseyn Azəri ANS PRESS-ə bildirdi ki, bayrağın endirilməsi, sonradan çıxarılmasının səbəbi paytaxtda əsən güclü küləklə bağlıdır.

Onun sözlərinə görə, külək saniyədə 22-25 metrdən çox sürətlə əsəndə bayrağa ziyan dəyir. Bayrağı qorumaq üçün onun çıxarılmasına qərar verildi.

Hüseyn Azəri bildirdi ki, külək sakitləşəndən sonra bayraq yenidən qaldırılacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar